Kanada Ümumdünya Ticarət Təşkilatında (ÜTT) Kanada mallarına yeni gömrük rüsumlarının tətbiqi ilə bağlı ABŞ-la mübahisəyə başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ÜTT-nin təşkilat üzvləri arasında paylanmış rəsmi bəyanatında bildirilir.
“Kanada ÜTT-nin mübahisələrin həlli mexanizmi çərçivəsində ABŞ-dan məsləhətləşmələr tələb edib. Səbəb Vaşinqtonun tətbiq etdiyi yeni tarif tədbirləri olub”, - sənəddə deyilir.
İddiaların mahiyyəti və rüsumların təsirinə məruz qalan malların siyahısı göstərilmir.