Fransa prezidenti Emmanuel Makron çərşənbə günü ölkə vətəndaşlarına müraciət edəcək.
Ucnoqta.az xəbər verir ki, o, bu barədə X səhifəsində qeyd edib.
Dövlət başçısı konkret nədən danışacağını dəqiqləşdirməyib. Lakin BFMTV kanalı qeyd edir ki, müzakirələrdə Ukrayna ətrafındakı vəziyyət və Avropanın təhlükəsizliyinin gücləndirilməsinin vacibliyi müzakirə olunacaq.
Makron bu məsələlərin də müzakirə olunacağı Brüsseldə keçiriləcək Aİ sammiti öncəsi xalqa müraciət edəcək.