Sumqayıtda 35 yaşlı qadın qadını bıçaqladı

08:19 - 5 Mart 2025 - HADİSƏ

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

“Report” məlumat verir ki, hadisə şəhərin Betonzavod adlanan ərazisində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Çinarə İsmayıl qızı Nəbiyeva aralarında baş vermiş münaqişə zəminində qonşusu,1966-cı il təvəllüdlü Xırda Zərbala qızı Məmmədovaya bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti