Ərəb ölkələri Tramp administrasiyası ilə işləməyə hazırdır

00:03 - 5 Mart 2025 - DÜNYA

Ərəb Dövlətləri Liqasına (LAS) üzv ölkələr Fələstin-İsrail münaqişəsinin hərtərəfli nizamlanmasına yönəlmiş danışıqları bərpa etmək üçün ABŞ prezidenti Donald Trampın administrasiyası ilə dərhal işə başlamağa hazırdır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Misirin yeni inzibati paytaxtında keçirilən Ərəb Liqasının fövqəladə sammitinin yekunları üzrə dərc edilmiş yekun bəyannamədə deyilir.

Sənəddə qeyd edildiyi kimi, ərəb ölkələrinin liderləri Fələstin məsələsinin ədalətli və hərtərəfli həllinə nail olmaq məqsədi ilə sülh danışıqlarını bərpa etmək üçün ABŞ administrasiyası və digər beynəlxalq tərəfdaşlarla dərhal qarşılıqlı fəaliyyətə başlamağa hazır olduqlarını bir daha təsdiqləyiblər.

Xəbər xətti