40 yaşlı supermodel “Oskar”a açıq-saçıq geyimdə gəldi

00:42 - 4 Mart 2025 - MAQAZİN

İtalyan supermodel Bianca Balti "Oskar" mükafatlandırma mərasiminə açıq-saçıq geyimdə gəlib.

Ucnoqta.az xəbər verir ki, foto Vogue jurnalının İnstaqram səhifəsində yer alıb.
40 yaşlı model Los-Ancelesdə “Vanity Fair” jurnalının partisinə qatılıb. O, tədbir üçün “Fendi”dən transparan üst və atlaz yubkadan ibarət bej rəngli maksi paltar seçib.

Məşhur sinəsini açıqlayaraq büstqalter taxmayıb.
Eyni zamanda Balti qaşsız və başında saçsız görkəmini nümayiş etdirib.
Modelin hazırda xərçənglə mübarizə apardığı məlum olub. Beləliklə, 2024-cü ilin sentyabrında o, İnstaqramda yumurtalıq xərçəngi diaqnozu qoyulduğunu elan edib.

Xəbər xətti