Müşviq Şahverdiyev ilk dəfə boşandığı xanımından danışıb.
Ucnoqta.az olay-a istinadla xəbər verir ki, aktyor əvvəlcə oğlundan söz açıb:
“Mən ata qayğısı görməmişəm. Atam rəhmətə gedəndə 5 yaşım olub. Ata necə olur, onu yaşamamışam. Hər iki hissi də anamda görmüşəm. Amma çalışıram ki, oğlum o hissi yaşasın. Atanın necə olduğunu görsün, hiss etsin”.
Müşviq deyib ki, oğlu Murad Ukraynada anası ilə yaşayır:
“Oğlum Ukraynadadır. 2 ildir. Bizim ailə həmişə nümunəvi idi. Münasibəti saxlamışıq. Hətta keçmiş xanımımla dost kimi dərdləşirik. Murad da böyüyüb, yekə kişi olub. Bu il birinci sinifə gedəcək. Onu məktəbə yola salmaq üçüm avqustda Ukraynaya gedəcəyəm”.