Kanadanın baş naziri Castin Trüdo Rusiya Federasiyasından 10 fiziki şəxs və 21 şirkətə qarşı Rusiya əleyhinə sanksiyaların tətbiq edildiyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, press-reliz onun rəsmi saytında dərc olunub.
Sənədin mətnində qeyd olunur ki, Kanadanın baş naziri bu tədbirləri Londonda Ukraynaya təhlükəsizlik və dəstək üzrə Avropa sammiti zamanı bəyan edib.
Press-relizdə vurğulanır ki, onlara qarşı sanksiyalar Rusiyanın Ukraynada siyasi və hərbi məqsədlərinə çatmaq üçün üçüncü tərəf şirkətləri ilə əməkdaşlığının qarşısını almaq məqsədi daşıyır.
Ümumilikdə Kanadanın anti-Rusiya tədbirləri Rusiya Federasiyası ilə əlaqəli 3000-dən çox şəxsə və təşkilata təsir edib.