Qəzzada atəşkəs başlayandan bəri 116 nəfər ölüb

16:33 - 2 Mart 2025 - DÜNYA

Yanvarın 19-da atəşkəsin qüvvəyə minməsindən sonra Qəzza zolağında azı 116 nəfər ölüb, 490-dan çox insan yaralanıb.

Ucnoqta.az xəbər verir ki, Fələstin anklavının Səhiyyə Nazirliyi bu məlumatları Telegram kanalında təqdim edir.

Məlumata görə, səhər saatlarından etibarən İsrailin anklavın müxtəlif ərazilərini atəşə tutması nəticəsində 4 ölü və 6 yaralının cəsədi Qəzza zolağındakı xəstəxanalara qəbul edilib.
2023-cü ilin oktyabrında Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən bəri Qəzza zolağında 48 mindən çox ərəb öldürülüb, 112 minə yaxını isə yaralanıb.

Xəbər xətti