WhatsApp bir çox ölkələrdə çökdü

20:36 - 28 Fevral 2025 - Xəbər

“WhatsApp” messencerinin işində qlobal nasazlıq qeydə alınıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, uğursuzluqlarla bağlı şikayətlər ABŞ, İtaliya və Almaniyadan daxil olur.

ABŞ, İtaliya və Almaniya da daxil olmaqla, dünyanın hər yerindən platformanın nasazlığı barədə xəbərlər gəlir.

"Downdetector" xidmətinin məlumatına görə, messencerin rusiyalı istifadəçiləri (51%) bildirişlərlə bağlı problemlərdən, 27%-i mobil proqramın nasazlığı ilə rastlaşır, 9%-i ümumi nasazlığı qeyd edərək saytın fəaliyyətindən, 2%-i şəxsi hesabın nasazlığından şikayətlənir.

Xəbər xətti