ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Ukraynayönlü fəalların etirazına görə Vermontdakı xizək kurortunda tətilini qısaltmaq məcburiyyətində qalıb. Vitse-prezidentin ailəsinin hazırkı yeri açıqlanmır.
Ucnoqta.az xəbər verir ki, bu barədə New York Post (NYP) məlumat yayıb.
Daha əvvəl bildirilmişdi ki, etirazçılar Vens ailəsinin gəldiyi kurortda yolun kənarına düzülüblər. Nümayişçilər əllərində “milli rüsvayçılıq” yazılmış lövhələr tutub, vitse-prezidenti “xəyanətdə” günahlandırıb və onu “Rusiyada xizək sürməyə” çağırıblar.
Onlar “Amerikanı yenidən möhtəşəm et” (ABŞ prezidenti Donald Trampın 2016-cı il seçki kampaniyasında istifadə etdiyi şüar) yazılmış pikaplarla gələn digər etirazçılarla mübahisə edib.
Vens ailəsi dörd günlük səfərini yarımçıq dayandırmalı və yaxınlıqdakı dördulduzlu oteldə planlaşdırdıqları yerdən imtina etməli olublar.
Nəşr qeyd edir ki, əvəzində onlar “gizli yerə” gediblər.