İsrail ordusu Qəzza sahillərində "şübhəli motorlu gəmiyə" hücum edib

15:06 - 3 Mart 2025 - DÜNYA

İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunis sahillərində "şübhəli motorlu gəmi"yə zərbə endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Xan Yunis sahillərində təhlükəsizlik zonasını pozan və təhlükə yaradan şübhəli motorlu gəmiyə İsrail ordusu hücum edib.

Mətbuat xidməti əlavə edib ki, şübhəliləri ərazidən uzaqlaşdırmaq üçün hücumdan əvvəl xəbərdarlıq atəşi açılıb.

Xəbər xətti