Tramp Zelenskinin sözlərini “ən pis bəyanat” adlandırıb

21:24 - 3 Mart 2025 - DÜNYA

 ABŞ prezidenti Donald Tramp Volodimir Zelenskinin Ukraynadakı münaqişənin hələ də bitmədiyi barədə sözlərini “ən pis bəyanat” adlandırıb.

Ucnoqta.az xəbər verir ki, o, müvafiq yazını Truth Social sosial şəbəkəsində yerləşdirib.

"Bu, Zelenskinin verə biləcəyi ən pis bəyanatdır və Amerika buna daha dözməyəcək" deyən Tramp, Ukrayna tərəfinin ABŞ tərəfindən "dəstəkləndiyi müddətcə sülh istəmədiyini" vurğulayıb.
Eyni zamanda, prezident “sakit şəkildə ABŞ olmadan öhdəsindən gələ bilməyəcəklərini” söyləyən Avropa ölkələrinin mövqeyini tənqid edib.
"Rusiyaya güc göstərmək baxımından yəqin ki, o qədər də böyük bəyanat deyil. Onlar nə düşünürlər?" – Tramp yazıb.

Xəbər xətti