Ukraynaya hərbi yardımı dayandırmaq hələ müzakirə edilməyib
Ucnoqta.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib. Tramp ABŞ-ın Ukraynaya hərbi yardımının dayandırılması variantını hələ müzakirə etmədiyini bildirib.
"ABŞ Ukraynada illərlə uzanan müharibəni deyil, tez atəşkəs istəyir. Ukrayna münaqişəsi illərlə deyil, tez bitməlidir", - Tramp. ABŞ prezidentinin sözlərinə görə, Ukraynada sülhün əleyhinə çıxış edən hər kəs “çox qalmayacaq”.