"Mançester Yunayted" İngiltərə Kubokunun 1/8 final mərhələsində "Fulhem"ə penaltilər seriyasında məğlub olduqdan sonra turnirdən kənarda qalıb.
Ucnoqta.az xəbər verir ki, "Old Trafford"da baş tutan görüş 1:1 hesabı ilə başa çatıb. 45+1-ci dəqiqədə “Fulhem”dən nigeriyalı Kalvin Bassey kottecləri hesabda irəli çıxarıb, 71-ci dəqiqədə portuqaliyalı Bruno Fernandes tarazlığı bərpa edib. Penaltilər seriyasında daha yaxşı tərəf "Fulhem" olub. Yunayteddən Viktor Lindelof və Joshua Zirkzee isə dəqiq ola bilməyib.
“Fulhem” 1/4 finalda “Kristal Pelas”la qarşılaşacaq. Bu mərhələdəki qarşılaşmalar martın sonuna planlaşdırılıb.