Asəf İsgəndərli yüksək vəzifəyə təyin edildi - Foto

14:26 - 1 Mart 2025 - Xəbər

"Bakı Metropoliteni"nə yeni departament rəisi təyin edilib.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, Asəf İsgəndərli qurumun Maliyyə departamentinə rəis vəzifəsinə təyin edilib.

Daha öncə bu isə vəzifəni Fərhad İbrahimov icra edib.

Qeyd edək ki, Asəf İsgəndərli 1990-cı ildə anadan olub.

2008-2012-ci illərdə Qafqaz Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində Maliyyə ixtisası üzrə bakalavr, 2013-2015-ci illərdə həmin fakültədə Maliyyə menecmenti ixtisası üzrə magistr təhsili alıb.

2013-2017-ci illərdə Qafqaz Universiteti və Bakı Mühəndislik Universitetində pedaqoji fəaliyyətlə məşğul olub, 2017-2025-ci illərdə "Veysəloğlu-Yaycılı Qardaşlar" MMC-də və "Azərsun Holdinq" MMC-də maliyyə sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Xəbər xətti