Pentaqon rəhbəri Meksikanı hərbi əməliyyatlarla hədələyib

16:28 - 1 Mart 2025 - DÜNYA

ABŞ-ın müdafiə naziri Pit Heqset bir sıra Meksika rəsmilərinin narkotik kartelləri ilə əlaqələrini davam etdirməyə davam edərsə, Meksikanı hərbi əməliyyatlarla hədələyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Wall Street Journal (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, yanvarın 31-də Pentaqonun rəhbəri Meksika Müdafiə Nazirliyinin rəhbərliyi ilə söhbət edib.
Söhbət zamanı Heqset vurğulayıb ki, Meksika rəsmiləri ilə narkotik kartelləri arasında əlaqələr davam edərsə, o zaman “Amerika ordusu cinayətkar qruplara qarşı birtərəfli tədbirlər görməyə hazır olacaq”.

Xəbər xətti