ABŞ prezidenti Donald Tramp sülh razılaşması əldə olunana qədər Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etməyi mümkün hesab etmir.
Ucnoqta.az xəbər verir ki, bu barədə cümə günü CNN telekanalına müsahibəsində ABŞ dövlət katibi Marko Rubio bildirib.
“Tramp dedi: “Niyə mən təhlükəsizlik zəmanətləri haqqında danışmalıyam? İcazə verin, əvvəlcə sülh razılaşması əldə edim." Bu o demək deyil ki, danışıqların bir hissəsi kimi gündəmə gələ bilməz, amma ilk növbədə razılaşma lazımdır. Sülh razılaşmanız olmasa, hansı sülhə zəmanət verəcəksiniz?" - Dövlət Departamentinin rəhbəri bildirib.