Rusiya 600-dən çox dronla Ukraynaya hücum etdi

09:25 - 14 May 2026 - DÜNYA

14 may gecəsi Rusiya Federasiyası Ukraynaya hücum zamanı 56 raket və 675 müxtəlif tipli PUA-dan istifadə edib

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Qeyd olunur ki, hava hücumundan müdafiə qüvvələri 693 hədəfi vurub və ya zərərsizləşdirib..

Məlumata əsasən, düşmən 731 hava hücum vasitəsindən istifadə edib:

3 "Kinjal" aeroballistik raketi;
18 "İsgəndər-M/S-400" ballistik raketi;
35 "X-101" qanadlı raketi;
675 müxtəlif tipli PUA.

Xəbər xətti