Mahaçqalada buz parçası qadın və uşağın üzərinə aşıb.
Ucnoqta.az BAZA teleqram kanalına istinadən xəbər verir ki, qadın Əlibəyov küçəsində uşağı qucağında saxlayaraq evin yaxınlığında gedərkən damdan buz onun üzərinə düşüb.
Qadın dərhal yerə yıxılıb. Yoldan keçənlər ona və uşağa kömək etməyə qaçıblar.
Zərərçəkmiş açıq kəllə-beyin travması ilə respublika xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.