Livanın cənubunda İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz təyyarənin hücumu nəticəsində “Hizbullah” hərəkatının səhra komandirlərindən biri öldürülüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Əl Hadath telekanalı məlumat yayıb və bildirib ki, ölən Xodr Haşem Radvan xüsusi təyinatlı dəstəsinə rəhbərlik edib.
Məlumata görə, hücum Hizbullah komandirinin idarə etdiyi avtomobilə edilib.
O, Tir şəhəri yaxınlığındakı kənddə aşkar edilib.