Filippinin FA-50 döyüş təyyarəsi təlim zamanı itib

08:24 - 4 Mart 2025 - DÜNYA

Filippinə məxsus FA-50 qırıcı təyyarəsi gecə manevrləri zamanı radarlardan itib və pilotların taleyi məlum deyil.

Ucnoqta.az xxəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələrinin sözçüsü Mariya Konsuelo Kastillo məlumat verib.

Konsuelo bildiib ki, “FA-50 qırıcısı taktiki gecə əməliyyatları zamanı radarlardan itib.Onun missiyada iştirak edən digər təyyarələrlə əlaqəsi kəsilib.

Filippin Hərbi Hava Qüvvələri itkin düşən döyüş təyyarəsini tapmaq üçün bütün mövcud resurslardan istifadə edərək geniş axtarış-xilasetmə əməliyyatı aparır.

Xəbər xətti