İsrail ordusunun İordan çayının qərb sahilində kəndlərə basqın və basqınları nəticəsində azı bir fələstinli ölüb, beş nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı Fələstin Qızıl Aypara Cəmiyyətinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, ağır zirehli texnikanın girdiyi Cenində İsrail əsgərləri ilə müqavimət qüvvələri arasında baş verən qarşıdurma zamanı 1 nəfər ölüb.
Ramallahda və onun qərbində yerləşən kənddə basqınlarda daha 3 fələstinli yaralanıb.
Nablus yaxınlığında yerləşən Beyta şəhərində də iki yaralının olduğu bildirilir.