Matviyenko Ermənistana səfər edəcək

12:33 - 4 Mart 2025 - DÜNYA

İyunun 5-6-da Federasiya Şurasının sədri Valentina Matviyenkonun İrəvana səfəri gözlənilir.

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan parlamentinin spikeri Alen Simonyan məlumat verib.

Onun sözlərinə görə, Rusiya tərəfinin əvvəllər təklif etdiyi tarix qəbul edilməyib, çünki onun Qazaxıstana səfəri iyunun 15-16-na planlaşdırılıb.
Simonyan səfərin rəsmi xarakter daşıyacağını qeyd edib və əlavə edib ki, bu müddət ərzində o, artıq Matviyenko ilə üç dəfə telefon danışığı aparıb.

Xəbər xətti