Sosial şəbəkədə Bakıda Şamaxinka adlanan ərazidəki tuneldəki sütunlardan birinin zədələndiyi ilə bağlı görüntülər yayılıb.
Ucnoqta.az xəbər verir ki, Aqil Tağıyev adlı feysbuk istifadəçisi tuneldən çəkdiyi videonu paylaşaraq aidiyyəti qurumların diqqətini görüntülərə yönəlməsinin vacibliyini vurğulayıb.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Qafqazinfo-ya cavab olaraq bildirib ki, ərazidə hər hansı təhlükəli vəziyyət yoxdur: “Orada üzlük daşların bir hissəsi qopub. Yerinə bərpa olunacaq”.