Tramp Zelenskidən məktub aldığını təsdiqlədi

08:04 - 5 Mart 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Volodimir Zelenskidən Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə dair danışıqlara hazır olduğunu bildirən məktub aldığını bildirib.

Ucnoqta.az xəbər verir ki, Tramp ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatında ölkədəki vəziyyət, daxili və xarici siyasətin prioritet istiqamətləri ilə bağlı çıxışı zamanı deyib.

“Mən bu gün Ukrayna prezidenti Zelenskidən mühüm məktub aldım.

 Məktubda bildirilir ki, Ukrayna uzunmüddətli sülhün yaxınlaşması üçün mümkün qədər tez danışıqlar masası arxasına əyləşməyə hazırdır”, - o, bildirib.

Zelenski öz mesajında ​​Ukraynanın istənilən vaxt resurslarla bağlı saziş imzalamağa hazır olduğunu da bildirib.

"Minerallar və təhlükəsizlik sazişinə gəlincə, Ukrayna bizim üçün əlverişli olan istənilən vaxt onu imzalamağa hazırdır. Onun bu məktubu göndərməsini yüksək qiymətləndirirəm. Mən onu indicə almışam", - Tramp deyib.

Xəbər xətti