Starmer və Makron Zelenski ilə birlikdə Trampla görüşməyə hazırlaşırlar

10:58 - 5 Mart 2025 - DÜNYA

Britaniya və Fransa liderləri Key Starmer və Emmanuel Makron gələn həftə Vladimir Zelenski ilə birlikdə ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona getməyə hazırlaşırlar.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti diplomatik mənbələrə istinadən yazıb.

Nəşrin qeyd etdiyi kimi, belə bir səfər Ağ Evdə Zelenski ilə Tramp arasında qalmaqallı mübahisədən və Amerikanın Kiyevə hərbi yardımının dayandırılmasından sonra Ukrayna ilə ABŞ arasında münasibətləri bərpa etmək cəhdləri fonunda baş tuta bilər.
Qəzet yazır ki, Böyük Britaniya hökuməti ABŞ-ı Ukraynaya silah tədarükünü bərpa etməyə inandırmaq üçün bütün səviyyələrdə çalışır.

Siyasətçilərin Trampa təqdim edə biləcəyi mümkün planın təfərrüatları verilməyib.
Qəzetin həmsöhbətləri yalnız bildiriblər ki, potensial nizamlanma hava zərbələrinin mübadiləsinə son qoyulmaqla başlaya bilər və sonra birinci mərhələ uğurlu olarsa, tərəflər quru qoşunları ilə atəşkəs rejiminə keçə bilər.

Xəbər xətti