Çin 2050-ci ilə qədər "Süni Günəş"i işə salacaq

07:14 - 5 Mart 2025 - Xəbər

Çin əsrin ortalarına qədər təmiz enerji yaratmaq üçün nüvə sintezi texnologiyasını tətbiq etməyi planlaşdırır.

Ucnoqta.az-ın məlumatına görə, nüvə sintezi yüngül atom nüvələrinin daha ağır olanlara çevrilərək böyük miqdarda enerji buraxdığı bir prosesdir. Bu mexanizm Günəşin və digər ulduzların işinin əsasını təşkil edir.

Atom nüvələrinin parçalanmasına əsaslanan ənənəvi nüvə enerjisindən fərqli olaraq, termonüvə reaksiyaları radioaktiv tullantılar əmələ gətirmir və faktiki olaraq tükənməz enerji mənbəyi hesab olunur.

"Süni günəş" adlandırılan Çin qurğusu tokamakdır - həddindən artıq qızdırılan plazmanı saxlamaq və termonüvə reaksiyalarını saxlamaq üçün güclü maqnit sahəsindən istifadə edən cihaz. 2023-cü ildə CNNC China Fusion Corp. və texnologiyanın inkişafı üçün 240 milyon dollar investisiya cəlb edib.

Hazırda yalnız bir neçə ölkə, o cümlədən ABŞ, Rusiya və Cənubi Koreya nüvə sintezinin öyrənilməsində irəliləyiş əldə edib. Bununla belə, Çin bu sahədə liderlərdən biri olmaq üçün elmi və texnoloji səylərini fəal şəkildə artırır./// Bloomberg

Xəbər xətti