Tramp "qızıl kartlar" satmaqla ABŞ-ın milli borcunu azaltmağa ümid edir

08:23 - 5 Mart 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp çərşənbə günü bildirib ki, varlı əcnəbilərə “qızıl kart” satışından əldə edilən pul ABŞ-ın dövlət borcunu azaltmağa kömək edəcək.

Ucnoqta.az xəbər verir ki, Tramp Konqresdəki çıxışı zamanı deyib.

"Onlar çoxlu pul ödəyəcəklər və bu pulla biz borcumuzu azaldacağıq".

Onun fikrincə, ABŞ-da yaşamağa və nəticədə Amerika vətəndaşlığını əldə etməyə imkan verən “qızıl kartlar”ın satışı sayəsində “iş yerləri yaradacaq parlaq, zəhmətkeş insanları” cəlb etmək mümkün olacaq.

"Bu, qreen-kart kimidir, lakin daha yaxşı və daha təkmildir" – Tramp “qızıl kart” haqqında danışarkən qeyd etdi.

Xəbər xətti