Bu rayonun xəstəxana direktoru işdən çıxarıldı

12:27 - 6 Mart 2025 - Cəmiyyət

Yardımlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Rasim Əkbərov vəzifəsindən azad edilib.

Ucnoqta.az qaynarinfo-ya istinadla xəbər verir ki, TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

TƏBİB sədrin digər əmri ilə sözügedən vəzifəyə Ravil Qənbərov təyin olunub.

Ravil Qənbərov bundan əvvəl xəstəxananın bazasında İlkin Səhiyyə Xidməti Tibb Mərkəzi rəhbəri olub.

Rasim Əkbərov 2014-cü ildən Yardımlı Rayon Mərkəzi Xəstəxanasının direktoru idi və eyni zamanda baş həkim vəzifəsini icra edirdi.

Xəbər xətti