Amerikalı iş adamı İlon Maskın sərvəti Tesla səhmlərinin dəyərinin azalması səbəbindən 2024-cü il dekabrın 17-dən etibarən 110,8 milyard dollar azalaraq 353,2 milyard dollara düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Forbes jurnalı yazır.
Məlumata görə, ABŞ prezidenti Donald Trampın Kanada və Meksikaya qarşı yeni tariflər tətbiq etməsi və Çindən gələn mallara rüsumları artırması fonunda Tesla səhmləri 15% ucuzlaşıb, nəticədə Mask bir gündə 1,5 milyard dollar itirib.
Nəşr qeyd edir ki, Maskın şirkəti ABŞ-ın tarifləri səbəbindən böyük itkilərə məruz qalacaq, çünki Çin Tesla elektrik avtomobilləri üçün ikinci ən böyük bazardır və əlavə olaraq istehsalda Kanadadan hissələrin idxalına arxalanır.
Martın 4-də ABŞ administrasiyası Kanada və Meksikadan idxal edilən demək olar ki, bütün məhsullara 25% rüsum tətbiq etdi, həmçinin Çindən gələn mallara rüsumları 10%-dən 20%-ə qaldırdı.