Daha bir məşhur şadlıq evində sanitar qaydalar pozulub - FOTO

15:01 - 6 Mart 2025 - Cəmiyyət

Nizami rayonu, B.Çobanzadə küçəsi, 2505-ci məhəllədə yerləşən, Rəhimov Vahid Musa oğluna məxsus "Xarı Bülbül" restoranında AQTA əməkdaşları yoxlama keçirib.

Ucnoqta.az AQTA-ya istinadən xəbər verir ki, baxış zamanı mətbəxdə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl olunmadığı müəyyən edilib, həmçinin müşayiətedici və mənşə sənədləri olmayan heyvan mənşəli məhsullar aşkarlanıb. Emal edilmiş məhsullardan və ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Faktla bağlı obyektin emal sahəsi məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib.


Xəbər xətti