Noyer zədə səbəbindən dörd oyunu buraxacaq

13:51 - 6 Mart 2025 - İDMAN

Almaniyanın "Bavariya" futbol klubunun 38 yaşlı qapıçısı Manuel Noyer Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Bayer"lə oyunda qolu qeyd edərkən aldığı zədə səbəbindən dörd oyunu buraxacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sky Sports-un jurnalisti Florian Plettenberq öz X səhifəsində məlumat verib.

Bildirilir ki, futbolçuya baldır əzələsinin yırtılması diaqnozu qoyulub.

“Bayer”lə qarşılaşmanın (3:0) 58-ci dəqiqəsində Noyer əvəzlənib. "Bavariya"nın baş məşqçisi Vinsent Kompani daha sonra qapıçının komandasının ikinci qolunu qeyd edərkən aldığı zədə səbəbindən əvəzləndiyini açıqlayıb.

Xəbər xətti