Balakəndə "8 Mart-Beynəlxalq Qadınlar Günü"nə həsr olunmuş tədbir keçirilib - FOTO

14:19 - 6 Mart 2025 - ÖLKƏ İÇİ

Balakən rayonu üzrə təhsil sektorunda "8 Mart-Beynəlxalq Qadınlar Günü"nə həsr olunmuş tədbir keçirilib.

Ucnoqta.az xəbər verir ki, tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, müdir müavini Bəhruz Nəbili, rayon təhsil sektorunun müdiri Mehparə Mirzəyeva, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Balakən rayon komitəsinin sədri Ramazan Mololov, sektor və təhsil müəssisələrinin əməkdaşları iştirak edib.

Təbrik çıxışlarında qeyd edilib ki, Azərbaycan xalqı hər zaman qadına dərin ehtiram bəsləyib, ana haqqını uca tutub.

Ölkəmizdə dövlət qadın siyasətinin başlıca prinsipləri bu çoxəsrlik zəmin üzərində formalaşıb. Bildirilib ki, qadınlarımız taleyüklü bütün sınaq anlarında həmişə cəmiyyətimizə əsl mənəvi dayaq olub, 44 günlük Vətən müharibəsindəki fədakarlıqları ilə bu gerçəyi bir daha sübuta yetiriblər.

Sonda təhsil müəssisələrinin qadın əməkdaşlarına hədiyyələr təqdim olunub.


Xəbər xətti