Qazaxıstanın qərbindəki Atırau vilayətindəki Zapadnaya Prorva neft yatağında quyuda yanğın baş verib
Ucnoqta.az xəbər verir ki, bu barədə Kazinform dövlət agentliyi məlumat yayıb.
Agentlik hadisə yerində yanan məşəlləri əks etdirən videodan kadr yayımlayıb.
Yataqda hasilatla məşğul olan “Embamunaigas” şirkəti quyuda nasos-kompressor borusunun boşalmasına səbəb olan qaz təzahürünün baş verdiyi hadisəni təsdiqləyib.
Həlak olan və ya xəsarət alan yoxdur. Quyunun ətrafı mühasirəyə alınıb, bərpa işləri aparılır.