Maskın sərvəti daha da azaldı - amma ...

11:26 - 7 Mart 2025 - DÜNYA

Tesla səhmlərinin əhəmiyyətli dərəcədə ucuzlaşmasından sonra İlon Maskın sərvəti bir gündə 8,8 milyard dollar azalıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “İndependent” qəzeti yazır.

Şirkətin səhmlərinin qiyməti ABŞ Prezidenti Donald Trampın hissələrin idxal olunduğu Kanada məhsullarına yeni tariflər tətbiq etməsindən, həmçinin "Tesla"nın elektrik avtomobilləri üçün ikinci ən böyük bazar olan Çindən gələn mallara yüksək rüsum tətbiq etməsindən sonra düşüb.
 Dekabrda səhmin qiyməti 479 dollara çatıb. Cümə axşamı ticarətin bağlanmasından sonra 261 dollara düşüb.

Ümumilikdə onun aktivləri 2024-cü ilin dekabrından 121 milyard dollar azalıb. Lakin Maskın planetin ən varlı adamı statusunu itirməsi üçün nəşrə görə daha 116 milyard dollar itirməsi lazımdır.
Aktivlərinə görə Maskdan sonra növbəti ən varlı şəxs sərvəti 226,7 milyard dollar dəyərində qiymətləndirilən Meta Korporasiyasının baş direktoru Mark Zukerberqdir.

Xəbər xətti