İordan çayının qərb sahilində Beytlehem yaxınlığındakı Husan kəndi yaxınlığında terrorçular İsrail maşınlarına daş atıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ynet xəbər portalı İsrail Müdafiə Qüvvələrinin (IDF) nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, terrorçular Husan ərazisində 375 saylı mülki avtomobil yolu ilə hərəkət edən bir neçə İsrail avtomobilinə daş atıblar.
Hücum nəticəsində 40 yaşlı kişi yaralanıb və müalicə üçün xəstəxanaya aparılıb.
Hadisədən sonra təhlükəsizlik qüvvələri ərazidə terrorçuların axtarışına başlayıb.