DSMF-nin vəzifəli şəxsi avtomobillə piyadanı vurdu

00:51 - 9 Mart 2025 - ÖLKƏ İÇİ

Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin müdiri qəza törədib.

Ucnoqta.az lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun Qax rayonu Ləkit kəndi ərazisindən keçən hissəsində baş verib.

Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin müdiri Turan Əsədovun idarə etdiyi "Azsamand" markalı, 62 AA 008 dövlət nömrə nişanlı minik avtomobili 53 yaşlı Natiq Tofiq oğlu Həsənovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti