95 min manatı ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb

12:00 - 8 Mart 2025 - HADİSƏ

Sumqayıt şəhəri ərazisində bir nəfərin 95 min manatını etibarından sui-istifadə etmək yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb. 

Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən 32 yaşlı şəhər sakini H.Həsənli müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti