Argentinada üç günlük matəm elan olundu

07:53 - 10 Mart 2025 - DÜNYA

Argentina hökuməti Buenos-Ayres əyalətinin cənubunda baş verən daşqınlar nəticəsində azı 16 nəfərin ölümündən sonra üç günlük matəm elan etmək qərarına gəlib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Bahia Blanca bələdiyyəsinin səlahiyyətlilərinə görə, hazırda 16 ölüm faktı məlumdur. Bundan əvvəl təbii fəlakət nəticəsində 13 nəfərin öldüyü bildirilirdi. Daşqın zamanı itkin düşən iki uşağın axtarışları davam etdirilir. Səlahiyyətlilərin məlumatına görə, 963 nəfər təxliyə edilib.

Martın 7-də güclü yağış səbəbindən liman şəhəri Bahia Blanca və onun ətraflarında daşqınlar baş verib. Cəmi bir neçə saat ərzində əraziyə təxminən 300 mm yağıntı düşüb ki, bu da şəhər üçün tarixi maksimumdur. Şəhərdə elektrik enerjisi hələ də kəsilir.

Xəbər xətti