ABŞ prezidenti Donald Tramp Çin prezidenti Si Cinpinlə görüşün baş tutmasını istisna etməyib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Floridadan Vaşinqtona qayıdan prezident təyyarəsinin göyərtəsində jurnalistlər dövlət başçısından onun Çin lideri ilə görüşməyi planlaşdırıb-görmədiyini soruşublar.
"Bəli, nə vaxtsa mən görüşərdim. Prezidenti Si ilə çox yaxşı münasibətim var", - Tramp cavab verib.
Bundan əlavə, ona TikTok sosial şəbəkəsinin satışı ilə bağlı sövdələşmənin tezliklə gözlənilməyəcəyi soruşulub. "Bəlkə də. Biz dörd fərqli qrupla məşğul oluruq və bir çox insan bunu istəyir, amma qərar vermək mənim səlahiyyətmidədir."