Kiyevdə Trampın adını olan kafelərin adı dəyişdirildi

10:21 - 10 Mart 2025 - DÜNYA

Vaşinqtonun Ukraynaya hərbi yardımı dayandırmaq qərarından sonra Kiyevin mərkəzində ABŞ prezidenti Donald Trampın adını daşıyan iki kafenin adı dəyişdiriləcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” qəzeti yazır.

İndiyə qədər kafelər “Trump Coffee Bar” və “Trump Pizza Station” adlanırdı.

İaşə obyektinin sahibinin ABŞ-ın Ukraynaya silah və kəşfiyyat məlumatları verməkdən imtina etməsindən qısa müddət sonra Trampın adının olduğu adın çıxarılmasına göstəriş verdiyi bildirilir.

Xəbər xətti