Yaponiyada fəaliyyətini dayandırmış dünyanın ən böyük atom elektrik stansiyası olan Kaşivazaki-Kariva AES-də tüstülənmə olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Məlumata görə, tüstünün mənbəyi altıncı enerji blokunda ehtiyat dizel generatorunun idarəetmə panelinin ərazisində olub. Tezliklə mütəxəssislər yanğını söndürüblər. Fövqəladə hadisə nəticəsində xəsarət alan və radiasiya sızması olmayıb.
Hazırda hadisənin səbəbləri araşdırılır.
Altıncı enerji bloku 2012-ci ilin martında texniki baxışa dayandırılıb və o vaxtdan bəri yenidən işə salınmayıb. Atom elektrik stansiyasının operatoru olan TEPCO enerji şirkəti bu enerji blokunu yenidən işə salmağı planlaşdırır. Yanacağın reaktora yüklənməsinə iyun ayında başlanması planlaşdırılır.