"Ramazan ayında tez-tez istehlak edilən qidalar arasında şirniyyatlar və şəkərli içkilər var. Ancaq belə qidalar qan şəkərinin sürətlə yüksəlməsinə və qısa müddətdə yenidən aclıq hissi yarada bilər.
Ucnoqta.az xəbər verir ki, mütəxəssis dietoloq Özlem Güleçoğlu Ramazan ayında sağlam qidalanmanın oruc tutarkən bədənin kifayət qədər enerji almasını təmin etmək, həzm sistemini tənzimləmək və gün boyu enerjili hiss etmək üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.
"İmsak oruc tutanlar üçün günün ən vacib yeməyidir. Bu yeməkdə tərkibində zülal, lif, sağlam yağlar və kompleks karbohidratlar olan qidalara üstünlük verilməlidir. Yumurta, pendir, zeytun, tam buğda çörəyi, tərəvəz və qatıq kimi qidalara da orqanizmin uzun müddət toxluq hissini təmin edir" – dietoloq deyib.
Əvvəlcə su və bir neçə xurma ilə orucu açmaq, sonra şorba və yüngül yeməklərə üstünlük vermək lazımdır. İftardan dərhal sonra ağır yeməklər qəbul etmək həzm problemlərinə səbəb ola bilər. Yavaş-yavaş yemək həzmi asanlaşdırır və mədədə gərginlik yaratmır.
"Şəkərli içkilərdən uzaq durun, bol su içməyi unutmayın"
Ramazan ayında tez-tez istehlak edilən qidalar arasında şirniyyatlar və şəkərli içkilər var. Ancaq belə qidalar qan şəkərinin sürətlə yüksəlməsinə və qısa müddətdə yenidən aclıq hissi yarada bilər. Şəkərli içkilər yerinə su, ayran və ya şəkərsiz bitki çayları kimi sağlam alternativlərə üstünlük verilməlidir.
Oruc tutarkən bədən su itirir.
Ona görə də imsakla sahur arasında bol su içmək orqanizmin susuzlaşmasının qarşısını alır. Gündəlik su ehtiyacınızı qarşılamaq üçün ən az 8-10 stəkan su içdiyinizdən əmin olun. Su həzmi dəstəkləyir və bədənin ehtiyac duyduğu mineral balansını qoruyur. Ramazan ayında desert istehlakı artır. Ancaq şərbətli desertlər yerinə südlü desertlər və meyvəli desertlər daha sağlam alternativ ola bilər. Meyvə salatı və güllaç kimi yüngül desertlər həm qidalıdır, həm də asan həzm olunur.