"Öldürməmişəm, amma tezliklə ..." - Arvadını döyən şübhəli

15:06 - 10 Mart 2025 - HADİSƏ

Türkiyədə Samsun vilayətinin Canik rayonunda barəsində həbs-qətimkan tədbiri seçilən həyat yoldaşı E.D.-nin evinə gedərək onu döyən 39 yaşlı Eyüp D. həbs edilib.

Ucnoqta.az xəbər verir ki, şübhəli ədliyyəyə aparılarkən jurnalistlərə “Çəkin, həyat yoldaşımı öldürməmişəm, amma tezliklə öldürəcəyəm” deyib.

Hadisə ötən gün axşam saatlarında Canik rayonunun Karşıyaka məhəlləsində baş verib. Eyüp D. həyat yoldaşı 36 yaşlı E.D-nin evinə gedib. E.D.-ni təhqir edib döyən Eyüp D. daha sonra polisə xəbər verib. Hadisə yerinə polis və tibb qrupları göndərilib.
Xəsarət alan E.D xəstəxanaya aparılıb. Saxlanılan Eyüp D. polis bölməsinə aparılıb.

Hakim onun həbsi barədə qərar verib. ///DHA

Xəbər xətti