Ukraynanın 2014-cü il sərhədlərinə qayıtması çox çətin olacaq - Rubio

00:21 - 11 Mart 2025 - DÜNYA

ABŞ administrasiyası Ukraynanın 2014-cü il sərhədlərinə qayıtmasının son dərəcə çətin olacağını açıq-aşkar hesab edir.

Ucnoqta.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanına səfəri zamanı dövlət katibi Marko Rubio jurnalistlərə deyib.

"Düşünürəm ki, hər iki tərəf bu vəziyyətin hərbi yolla həllinin mümkün olmadığını başa düşməlidir", - o, qeyd edib.
Rubio deyib: “Aydındır ki, rusları istənilən ağlabatan müddətdə 2014-cü ildə olduqları yerə qaytarmaq Ukrayna üçün çox çətin olacaq”.

Xəbər xətti