Domodedovo və Jukovski hava limanları müvəqqəti bağlandı

06:00 - 11 Mart 2025 - DÜNYA

Rusiyanın Domodedovo və Jukovski hava limanları PUA hücumları səbəbindən müvəqqəti fəaliyyətini dayandırıb.

Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün yerli vaxtla saat 04:24-də Jukovski hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Domodedovo hava limanında Moskva vaxtı ilə saat 04:40-da təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Bu arada Moskva meri Sergey Sobyanin dörd Ukrayna PUA-sı Domodedovo şəhər dairəsində və Ramenskoye şəhər dairəsində vurulduğunu bildirib. Ümumilikdə, Moskva vilayətində ən azı 11 pilotsuz təyyarə vurulub.

Xəbər xətti