Hikmət Hacıyev Britaniya Müdafiə Nazirliyinin dövlət naziri ilə görüşüb

08:26 - 11 Mart 2025 - SİYASƏT

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniyanın Müdafiə Nazirliyində dövlət naziri Vernon Kokerlə görüşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov sosial şəbəkədə bildirib.

“Birləşmiş Krallığın Müdafiə Nazirliyində Azərbaycan Prezidentinin köməkçisini səmimi qəbul etdiyiniz üçün təşəkkür edirik, cənab nazir!”, – diplomat yazıb.

Xəbər xətti