Çərşənbə axşamı gecə Moskva vilayətində hava hücumundan müdafiə sistemləri təxminən 70-ə yaxın Ukrayna pilotsuz təyyarəsini vurub.
Ucnoqta.az xəbər verir ki, bu barədə paytaxt meri Sergey Sobyanin Telegram kanalında yazıb.
Sobyanin bildirib ki, Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri indiyədək Moskva istiqamətində uçan 69 pilotsuz uçan aparatı vurub.
Daha əvvəl vurulan dronların sayının 65 olduğu bildirilmişdi.İlkin məlumata görə, PUA hücumları nəticəsinə bir nəfərin öldüyü, 3 nəfərin yaralandığı bildirilir.
Bundan əvvəl Vidnoyedə yaşayış binasının damının zədələndiyi də bildirilirdi.