ABŞ-da tibb helikopteri qəzaya uğrayıb

04:58 - 11 Mart 2025 - DÜNYA

Missisipi ştatının Medison qraflığının meşəlik ərazisinə Missisipi Universitetinin tibbi helikopterinin qəzaya uğraması nəticəsində ən azı üç nəfər ölüb.

 Ucnoqta.az xəbər verir ki, bu barədə CBS televiziya şirkətinin yerli bölməsi məlumat yayıb.

Universitetin tibb mərkəzindən verilən açıqlamaya görə, helikopterdə iki işçi və bir pilot olub. Hadisənin səbəbləri və təfərrüatları müəyyənləşdirilir.

Xəbər xətti