Ağcabədidə zəncirvari qəzada ölənlərin kimliyi məlum olub (YENİLƏNİB)

21:30 - 28 Fevral 2025 - HADİSƏ

Ağcabədi rayonunda baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi bəlli olub.

Bu barədə “Report”un Qarabağ bürosu xəbər verir.

Məlumata görə, qəza nəticəsində keçinənlər 1990-cı il təvəlldlü Hüsiyev Vüsal Məmməd oğlu, 1991-ci il təvəllüdlü Əmrahov Sənan Aqil oğlu, 1992-ci il təvəllüdlü Aslanov Azər Fəyyaz oğlu, 2007-ci il təvəllüdlü Ələsgərov Asiman Yaşar oğlu və 2002-ci il təvəllüdlü Aslanlı Elbəy Mövsüm oğludur.

20:30

Ağcabədidə zəncirvari qəza olub.

Trend-in xəbərinə görə, hadisə rayonun Xocavənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes", "Hyundai" və "VAZ" markalı avtomobilin iştirakı ilə baş verən qəzada "VAZ"da olan sürücü və dörd nəfər sərnişin hadisə yerində ölüb.

Hazırda Ağcabədi Rayon Təcili Yardım Stansiyasının əməkdaşları hadisə yerində ölən və yaralıların aidiyyəti üzrə təhvil verilməsi üçün əraziyə cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti